İdman

"Real" Ramosla yeni müqavilə imzalayacaq

19 Sentyabr 2017 19:30
3 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ı kapitan Serxio Ramosun sözləşməsinin müddətini uzadacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi tezliklə yeni müqaviləyə qol çəkəcək. 

Belə ki, tərəflər arasında danışıqlar müsbət nəticələnib. "Kral klubu"nda qalmağa razılıq verən Ramosun yeni anlaşması 2021-ci ilə qədər nəzərdə tutulacaq. Müqavilə imzalanandan sonra Ramos "Real"da mövsümə 12 milyon avro məvacib alacaq. 
 
Qeyd edək ki, "Sevilya"nın yetirməsi olan müdafiəçi 2005-ci ildən "Real"ın uğurları üçün çalışır. O, "qalaktikos"un heyətində bu vaxta qədər 529 oyunda 69 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.