İdman

"CBC Sport" Superliqanı nə vaxt yayımlayacağını bilmir

19 Sentyabr 2017 18:30
1 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə çempionatının oyunlarını yayımlamağımız haqda müqavilə imzalanıb. Sadəcə, texniki məsələlərə görə hələ yayıma başlaya bilməmişik".

Milli.Az bildirir ki, bu sözləri apasport.az-a açıqlamasında "CBC Sport" telekanalının baş redaktoru Şəmsəddin Abbasov deyib.

Sentyabrın 7-də Türkiyə Superliqasının oyunlarının "CBC Sport" kanalı ilə nümayiş olunacağı haqda məlumat yayılmışdı. Bunu kanalın rəhbəri Volkan Üst açıqlayaraq, həftədə 2 görüşün canlı yayımlanacağını bildirmişdi. Lakin həmin vaxtdan 12 gün keçsə də, hələ yayıma başlanılmayıb.
 
Məsələ haqda danışan Abbasov hazırda texniki problemləri yoluna qoymağa çalışdıqlarını bildirib: "Məsələ həll olunan kimi, Superliqanın oyunları "CBC Sport"da göstəriləcək. Yayıma konkret olaraq, nə vaxt başlayacağımızı deyə bilmərəm. Hər şey texniki məsələlərin həll olunmasından asılıdı. Problem bu günlərdə yoluna qoyulsa, elə bu həftə də yayıma başlaya bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.