İdman

Balotellidən Neymar-Kavani konfliktinə "ikibaşlı" münasibət

20 Sentyabr 2017 07:41
0 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nice" klubunun hücumçusu Mario Balotelli PSG-nin 2 ulduzu Neymar və Kavani arasında baş verən konfliktə toxunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan forvard buna birmənalı münasibət bildirməyib.

"Standart zərbələri vurmaq üçün xahiş etməməlisən" - Balotelli yazıb. Bu sözlərdən onun kimin tərəfində olduğu aydınlaşmayıb. Bəzi saytlar bunu Neymarın cərimə zərbələrini yerinə yetirmək üçün heç kimdən xahiş etməməsi kimi izah edib. Digərləri isə hesab edir ki, Kavani əsas icraçı olduğundan zərbə vurmaq üçün xahiş etmək lazım deyil.

Qeyd edək ki, "L`Equipe" Kavani və Neymar arasında baş verən konflikti hər ikisinin müqaviləsinə salınan xüsusi maddə ilə əlaqələndirib. Bu bəndə görə Fransa Liqasınmın bombardiri şəxsi büdcəsini əlavə 1 milyon avro ilə zənginləşdirə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.