İdman

"Çempionluğa əsas namizəd onlardır"

20 Sentyabr 2017 07:14
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Errera bu mövsüm Mançesterin digər kollektivini çempionluğa əsas favorit hesab edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı havek bunu "şəhərlilər"in komandanın möhkəmləndirməyə çəkdiyi xərclərlə əlaqələndirib.

"Ötən mövsüm biz 3 titul qazandığımız halda "Mançester Siti" mükafatsız qaldı. Onların üzərində böyük təzyiq var. "Siti" titul qazanmağa borcludur. Bu mövsüm onların öhdəlikləri daha qətidir. "Mançester Yunayted"də forma geyinən hər kəs bilir ki, əsas hədəf qalib gəlməkdir.

"Siti" Premyer Liqa klubları arasında transferlərə ən çox pul xərcləyən komandadır. Buna görə çempionluğa əsas namizəd onlardır. Bizim də səviyyəmiz zirvədə olmağa imkan verir. Transferə çox pul sərf edəndə üzərində təzyiq artır. Bizsə İngiltərənin ən böyük klubu olduğumuzdan təzyiqə məruz qalırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.