İdman

"Liverpul" yubileyi münasibətilə xüsusi formaları təqdim etdi

19 Sentyabr 2017 14:57
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"New Balance" şirkəti "Liverpul"un 125 illik yubileyi münasibətilə xüsusi formalar hazırlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, formalar qara rəngdədir və 21 sentyabrdan etibarən satışa çıxarılacaq. "New Balance" hazırda klubun texniki sponsorudur.

Qeyd edək ki, "mersesaydlılar" iyulun 30-da ilk ev formasını da təqdim etmişdi. 1892-ci ildə futbolçular ağ-mavi futbolkada meydana çıxmışdılar. "Qırmızılar"ın hazırki ev forması isə 1970-ci illərin komplektinə uyğun dizayn olunub. Klubun yeni emblemi də 125 il öncəki emblemə uyğun hazırlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.