İdman

"Barselona" kapitanla razılığa gəldi

19 Sentyabr 2017 14:44
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" daha bir futbolçusu ilə yeni müqavilə imzalayacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu klub prezidenti Xosep Bartomeu açıqlayıb.

O, uzun sürən danışıqlardan sonra kapitan Andres İnyesta ilə yeni sözləşmənin bağlanmasına razılaşdıqlarını qeyd edib: "Biz istəyirik ki, Andres "Barselona"da arzuladığı qədər oynasın. Onunla yeni müqaviləyə çox yaxınıq. İnyestaya ömürlük anlaşma təklif etmişik. Razılaşsa, karyerasını bitirənə qədər "Barselona"da qalacaq".
 
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Andres İnyesta Kataloniya təmsilçisinə gələn ilin yayına qədər məxsusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.