İdman

"Qarabağ"ın oyununa biletiniz var? - Stadionu indidən görün - VİDEO

19 Sentyabr 2017 13:43
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlamasında  ÇL matçlarının Olimpiya Stadionuna salınmasına belə izah vermişdi: "Həm azarkeş, həm də siyasi baxımdan belə qərara gəldik ki, oyunları Olimpiya Stadionuna salaq".

Hazırda arenanın bəzi yerlərində yenidənqurma işləri aparılır. Əsas məsələ ot örtüyü ilə bağlıdır. Meydançanın örtüyü artıq dəyişdirilir və matça qədər tam hazır vəziyyətə gətiriləcək.

Bundan başqa stadionun media sektorunda da dəyişikliklər olunub. Belə ki, İslam Oyunları zamanı ikinci mərtəbədə olan KİV nümayəndələri üçün nəzərdə tutulmuş oturacaqlar 5-ci mərtəbəyə daşınıb. Həmçinin media otağındakı masalar da yenilənib. 

Bundan başqa arenada artıq təmizlik işlərinə də başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Olimpiya Stadionu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.