İdman

"Qarabağ" - "Roma" matçına bilet alanlara müraciət

19 Sentyabr 2017 12:36
0 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İtaliyanın "Roma" klubu ilə ev oyununu canlı izləməyə hazırlaşan azarkeşlərinə müraciət edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:

"Bu gündən etibarən, "Qarabağ" - "Roma" matçına vauçerinizi biletə dəyişə bilərsiniz. iTicketAZ - ın çatdırılma xidmətini sifariş edən azarkeşlərimizlə tezliklə əlaqə saxlanılıb çatdırılmanı həyata keçirəcəklər.

Çatdırılma xidmətini sifariş etməyən azarkeşlərimiz, aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq vauçeri biletə dəyişə bilər".

"Gənclik mall" və "28 mall" - da yerləşən satış məntəqələri;

Park Bulvar (Qarabağ FK Fanshop);

M.Rəsulzadə 3 (Azərb.kt yaxınlığı) Bül-bül prospekti;

Nizami küç.(Nizami kt yaxınlığı);

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

Asan Xidmət mərkəzləri;

Heydər Əliyev Sarayının kassası;

"Vauçer biletə dəyişilən zaman, vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür. Stadiona daxil olarkən, şəxsiyyət vəsiqənizi və sizə məxsus bileti gətirməyi unutmayın".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.