İdman

"Qarabağ" Çempionlar Liqasına layiqdir" - “Roma”nın yarımmüdafiəçisi

19 Sentyabr 2017 10:47
1 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox çətin qarşılaşma olacaq. "Qarabağ" qrupdakı ilk matçda "Çelsi"yə 0:6 hesabı ilə məğlub olub. Bu, London komandası üçün parlaq qələbə idi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Roma"nın yarımmüdafiəçisi Kevin Strotman deyib.

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan İtaliya təmsilçisi növbəti matçını Azərbaycan çempionuna qarşı keçirəcək.
 
"Roma"nın rəsmi tvitter səhifəsi vasitəsilə azarkeşlərin görüşünə gələn Strotman əməkdaşımızın da sualını cavablandırıb. 27 yaşlı futbolçu "Qarabağ"la Çempionlar Liqası matçından nə gözləyirsiniz" sualımızı bu cür cavablandırıb: "Şübhəsiz ki, "Qarabağ" öz meydanında bizi məğlub etmək istəyəcək. Onlar evdə olacaqlar, biz isə 4-5 saatlıq yol qət edəcəyik. "Qarabağ" Çempionlar Liqasında oynamağa layiq komandadı. Bunu da qrup mərhələsində rəqibləri önündə sübut etməyə çalışacaq. Bir daha qeyd etməliyəm ki, bizim üçün çətin görüş olacaq. Qarşımızda qələbə əzmi ilə meydana çıxan komanda görəcəyik".
 
Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.