İdman

Karvaxal ilə müqavilənin müddəti uzadılıb

18 Sentyabr 2017 23:54
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid" klubu ispaniyalı müdafiəçi Daniel Karvaxal ilə müqavilənin müddətinin 2022-ci il iyunun 30-dək uzadıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, klubun açıqlamasında müqavilənin müddətinin uzadılması ilə əlaqədar Karvaxalın "Santyaqo Bernabeu" stadionunda mətbuat konfransının təşkil olunacağı bildirilib.

İspaniya mətbuatı müqaviləyə əsasən, 25 yaşlı müdafiəçinin sərbəst qalması üçün ödəniləcək məbləğin 350 milyon avro olaraq müəyyən edildiyini yazıb.

Xatırladaq ki, kral klubu bir müddət əvvəl Marselo və İsko ilə də müqavilənin müddətini 2022-ci ilə qədər uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.