İdman

Cüdoçumuz erməniyə qalib gəlib, çempion oldu

16 Sentyabr 2017 22:47
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mötəbər turnirin ikinci günü də cüdoçularımız üçün uğurlu olub.
 
100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib.
 
Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb.
 
Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar. Hollandiya millisi 2-ci, Rusiya komandası isə 3-cü olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.