İdman

""Qarabağ" da bizim kimi..." - "Seltik"in baş məşqçisi

16 Sentyabr 2017 17:06
0 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Brendan Rocers Çempionlar Liqasında Fransanın PSJ klubuna məğlubiyyətin səbəblərini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis 0:5 hesabı ilə uduzmalarını komandaların büdcələri arasındakı fərqlə əlaqələndirib. 

PSJ-nin transferlərindən danışan Rocers "Qarabağ"ın "Çelsi"yə 0:6 hesabı ilə məğlub olmasına da biganə qalmayıb: "Qrup mərhələsində oynayan klublar arasında büdcə fərqi çox böyükdü. Məsələn, Azərbaycanın "Qarabağ" kimi. Onlar da bizim kimi zəngin klubla qarşılaşmaq məcburiyyətində qaldılar. Belə klublar 1-2 yaxşı oyunçuya malik olurlar və digərləri də onlarla birgə çıxış edirlər. PSJ-yə baxın. Hər bir mövqedə çox güclü futbolçusu var. Bu komanda ilə oynamaq çox çətin idi". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.