İdman

""Qarabağ" "Liverpul" deyil" - Ukraynalı futbolçu

15 Sentyabr 2017 10:35
1 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının III təsnifat mərhələsində "Kopenhagen"i evdə məğlub etsək də, səfərdə bu üstünlüyü qoruya bilmədik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Vardar"ın müdafiəçisi Yevgeni Novak deyib. 

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Makedoniya təmsilçisi ilk turda öz meydanında "Zenit"ə böyük hesabla (0:5) məğlub olub. Qarşılaşmadan sonra Rusiya mətbuatına danışan Novak məyus olduqlarını vurğulayıb.

Ukraynalı futbolçu Çempionlar Liqasının qrupuna yüksələ bilmədikləri üçün hədəflərinə çatmadıqlarını əlavə edib: "Hər şey öz əlimizdə idi. Biz Avropa Liqasının yox, Çempionlar Liqasının qrup mərhələsinə adlamaq istəyirdik. Bunun üçün yaxşı şansımız olsa da, istifadə edə bilmədik. "Kopenhagen"i üstələsəydik, pley-off mərhələsində "Qarabağ"la qarşılaşa bilərdik. Bu komandanı isə keçmək olardı. Çünki "Qarabağ" "Liverpul" deyil".

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində "Kopenhagen"ə boyun əyən "Vardar" Avropa Liqasının pley-off mərhələsində "Fənərbaxça"ya qalib gələrək, qrupa adlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.