İdman

Avroliqada biabırçılıq: alman fanatlar stadiona təbii ehtiyaclarını ödədilər - VİDEO - FOTO

15 Sentyabr 2017 10:17
0 Şərh     Baxış: 1 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Avropa Liqasının qrup mərhələsində keçirilən Arsenal - Köln qarşılaşması zamanı fanatlar üsyan ediblər, məsələyə polis qarışıb.

Milli.Az Dailymail-ə istinadla bildirir ki, ötən gün 20 mindən çox Köln fanatı Arsenalla matçda komandalarına dəstək olmaq üçün Londona gedib. Lakin onlardan, sadəcə, 3000-i bilet ala bilib.

Arsenalın Emirates Stadionunda polislərlə "Köln" fanatları arasında qarşıdurma yaranıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə matç 1 saat gecikdirilib. Oyun Arsenalın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna baxmağa gələn tanınmış şəxslər sosial şəbəkədə "Köln" fanatlarının etdiklərini biabırçılıq adlandırıblar.

İTV-nin siyasət şöbəsinin redaktoru, "Arsenal" fanatı olan Robert Peston Tvitter-də qeyd olaraq yazıb:

""Köln"nün azarkeşləri rüsvayçılıq ediblər. Onlar polislə dalaşıblar, giriş-çıxışlarda təbii ehtiyaclarını ödəyiblər. Artıq mənim Avropa həmrəyliyim sınaqdan keçirildi".

Polislə qarşıdurma nəticəsində 5 nəfər saxlanılıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Видео жестокой драки между футбольными фанатами в Лондоне

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.