İdman

"Çelsi"nin hücumçusu narazıdır

14 Sentyabr 2017 19:16
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin futbolçusu Mişi Batşuayi "FİFA 2018" kompüter oyunundakı göstəricilərindən narazı qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Belçika yığmasının 23 yaşlı hücumçusu "Twitter" hesabında narazılığını "buyurun, izah edin" yazmaqla çatdırıb. O, oyunun əvvəlki versiyası ilə müqayisədə, sürətinin 4 ədəd azaldılmasına, ötürmə qabiliyyətinin 10 ədəd endirilməsinə, driblinqin 2-yə, fiziki hazırlığının 1-ə, ümumi reytinqinin isə 81-dən 80-ə düşməsinə etiraz edib.

"FİFA 2018"i hazırlayan "EA Sports" şirkəti isə futbolçuya cavabında ona qol vurmağı tövsiyyə edib: "Qol vurmaqda davam edin, onda danışarıq".

Qeyd edək ki, "FİFA 2018"də ən yüksək reytinq 99-dur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.