İdman

Daha bir braziliyalı futbolçu “Real”da!

14 Sentyabr 2017 19:39
1 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ı daha bir futbolçu ilə anlaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" "Qremio"nun yarımmüdafiəçisi Rodriqo Rodrigesin transferini həll edib. 

17 yaşlı Rodriges 18 yaşı tamam olduqdan sonra Avropaya yollana biləcək və "Real"ın formasını geyinəcək. Bu barədə Braziliya təmsilçisinin prezidenti Genilson da Roşa məlumat verib. O bildirib ki, Rodriges gələn il İspaniyaya köçəcək: "Rodriqo həkim müayinəsindən keçmək üçün hazırda Madriddədi. Hər hansı bir problem çıxmasa, "Real"la 6 illik müqavilə imzalayacaq. Rodriqo ideal hücumameyilli oyunçudu. "Real" kimi komandaya keçməsi və onun Avropanın böyük turnirlərdəki iştirakını görmək bizim üçün qürurverici olacaq".
 
Qeyd edək ki, "Real" bir müddət əvvəl "Flamenqo"nun hücumçusu Vinisyus Junioru transfer edib. 17 yaşlı futbolçu 2019-cu ilin yayından La Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.