İdman

Poqbanın durumuna aydınlıq gəldi

14 Sentyabr 2017 14:37
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın durumuna aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransalı futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. 

Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə keçirilən (3:0) qarşılaşmada zədələnən Fransa millisinin üzvünün sağalma prosesi bir qədər də uzana bilər. Belə ki, həkimlər onun ay yarım sonra dönüşünü də istisna etmirlər.

Bu isə o deməkdir ki, ulduz futbolçu Premyer Liqada "Everton", "Sauthempton", "Kristal Pelas", Çempionlar Liqasında MOİK, Fransa millisinin heyətində isə Bolqarıstan və Belarusla seçmə mərhələ matçlarını buraxacaq. Poqbanın hətta oktyabrın 14-də "Liverpul"la görüşdə iştirak şansı da az göstərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.