İdman

"Onlar bizi "Qarabağ"dan yaxşı tanıyırlar" - Kante

14 Sentyabr 2017 13:40
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbol bir oyundan ibarətdir. Keçmişdə yaşananlara ilişib qalmaq olmaz, irəliləmək lazımdır".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante deyib. 

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" üzərində 6:0 hesablı qələbə qazanan "zadəganlar" həftəsonu İngiltərə Premyer Liqasının V turunda "Arsenal"la üz-üzə gələcək.
 
Yerli mətbuata açıqlamasında London derbisi barədə fikir bildirən Kante ardıcıl 4 qələbədən sonra bu seriyanı davam etdirmək əzmində olduqlarını söyləyib: "Çelsi"nin ötən mövsüm əldə etdiyi çempionluqda uğurlu seriyanın böyük rolu oldu. Premyer Liqanın ardıcıl 13 matçında qələbə qazandıq. İndi yenidən başlamışıq. Təbii ki, eyni şeyi təkrarlamağı gözləmirik. Mövsümün sonunu yox, oyun-oyun irəliləməyi düşünürük. Hazırda da bütün diqqətimiz qarşıdakı matça yönəlib. Premyer Liqanın növbəti turundakı rəqibimiz "Arsenal"dı. Qələbə qazanmaq üçün hər şeyimizi ortaya qoyacağıq. Bu rəqiblə dəfələrlə üz-üzə gəlmişik. Bu baxımdan düşünürəm ki, "Qarabağ"la müqayisədə "Arsenal" bizi daha yaxşı tanıyır, necə oynadığımızı bilir. Həmçinin biz də onların oyun tərzinə bələdik. Azarkeşlər yaxşı "döyüş" izləyəcəklər, matça tam hazır olmalıyıq. Yeganə hədəfimiz qələbə qazanmaqdı, buna görə də oyun bizim üçün çox vacibdi".
 
Ölkəsi Fransada ötən ilin ən yaxşı futbolçusu seçilən Kante eyni zamanda İngiltərə Premyer Liqasında 2016-17 mövsümünün ən güclü oyunçusu adına layiq görülmüşdü. 26 yaşlı dayaq yarımmüdafiəçisi buna önəm vermir: "Hesab edirəm ki, ötən mövsüm həm mənim, həm də klubum üçün möhtəşəm alındı. Ancaq bu, keçmişdə qalıb. Gələcəyə diqqət ayırmaq lazımdı. Futbolda yalnız qarşıdakı oyunlar barədə düşünmək önəmlidi. Şəxsən mən özümü ilin futbolçusu hesab etmirəm. Oynadığım zaman belə şeylər məni maraqlandırmır. Meydanda olduğum zaman həmişə əlimdən gələni etməyə çalışmışam və inkişaf barədə düşünmüşəm".
 
Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu sentyabrın 17-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.