İdman

Zidan: "Ronaldo dünyanın ən yaxşısıdır"

14 Sentyabr 2017 12:30
41 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madrid "Real"ı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Apoel" üzərində 3-0 hesablı qələbəyə sevinib. Ronaldonun dubl etdiyi oyunda, Ramos da fərqlənməyə imkan tapıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, madridlilərin baş məşqçisi Zindəddin Zidan qələbəni şərh edib: "İlk hisssədə yaxşı oynadığmızı deyə bilmərəm. İkinci hissə isə istədiyimiz kimi keçdi. Belə turnirdə ilk oyunda quru hesablı qələbə yaxşı başlanğıcdır"

Fransalı mütəxəssis Ronaldonu tərifləməyi də unutmayıb: "Ronaldo bizim əsas oyunçularımızdan biridir. O lazımı anda lazım olan zərbəni endirməyi bacarır. Ronaldo dünyanın ən yaxşı futbolçusudur və bizim komandamızda olmasından məmnunuq".

Zidan Beylin yenidən əvvəlki formasına qayıdacağından da əminliyini ifadə edib: "Beyl zədə səbəbindən 4 aydan artıq meydandan uzaq qaldı. Bu günki oyunda isə universal oyunu ilə diqqət çəkdi. Onun oyunu alınanda daha güclü oluruq. Biz yaxın vaxtda yenidən əsl Beyli görəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.