İdman

Avro-2017: Polşa Azərbaycanla oyun üçün heyəti açıqladı

14 Sentyabr 2017 15:04
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın voleybolçulardan ibarət Polşa millisinin heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avro-2017-də Azərbaycan millisinin baş məşqçisi Yatsek Navrotski heyətə 14 oyunçu çağırıb. 

Təcrübəli məşqçi bildirib ki, Bakı, Göygöl və Tiflisdə keçiriləcək qitə çempionatına hazırlıqları sentyabrın 20-də yekunlaşdıracaqlar və həmin gün paytaxtımıza gələcəklər. Polşa millimiz bu tarixədək 2 yoxlama matçı da keçirəcək. Onlar Amsterdam və Rotterdamda Hollandiya yığması ilə 2 dəfə üz-üzə gələcəklər. 
 
Polşa millisinin heyəti:
Toppaylayıcılar: Marlena Pleşnierovij, Yoanna Voloş
Blokçular: Susanna Efimienko-Mlotkovska, Aqnieşka Kakolevska, Maya Tokarska
Hücumçular: Roksana Brzoska, Martina Qrajber, Patrisya Polak, Natalya Murek, Yulia Tvardovska, Monika Bociek, Malvina Smarzek
Liberolar: Aleksandra Krzos, Vitkovska Aqata
 
Qeyd edək ki, Bakıda keçiriləcək Avro-2017-nin A qrupunda Polşa və Azərbaycanla yanaşı, Almaniya ilə Macarıstan voleybolçuları mübarizə aparacaqlar. Komandamız şərqi avropalılarla sentyabrın 24-də qarşılaşacaqlar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.