İdman

"Atletiko"nun futbolçusu: "Bizi Azərbaycana çətin səfər gözləyir”

14 Sentyabr 2017 10:11
1 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk hədəf qrupdan çıxmaqdır. Bizi "Roma" və "Çelsi" ilə ağır oyunlar, eləcə də Azərbaycana çətin səfər gözləyir". 

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu İspaniyanın "Atletiko" komandasının futbolçusu Koke Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Roma" ilə İtaliyada qolsuz heç-heçədə sonra deyib.

25 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçi bildirib ki, "Roma" ilə görüşdə yaxşı təsir bağışlasalar da, bu, üç xal qazanmaq üçün kifayət etməyib. O, etməli olduqları hər şeyi yerinə yetirdiklərini söyləyib: "Lakin bu, 3 xal qazanmağımız üçün kifayət etmədi. Rəqibin müdafiə xətti və qapıçısı yaxşı təsir bağışladı. "Roma" çox yaxşı komandadır".

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu kollektivlər arasında ikinci görüş oktyabrın 31-də Madriddə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.