İdman

Olimpiya Oyunlarının ev sahibləri səsverməsiz təyin olunacaq

13 Sentyabr 2017 20:00
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 40 il ərzində ilk dəfə Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlər səsvermə olmadan məlum olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna son illərdə Olimpiya Oyunlarını qəbul etməkdən imtina edənlərin sayının artması səbəb olub.

Son üç Qış Olimpiya Oyunları digər qitələrdən namizədlər olmadığı üçün Asiya şəhərlərinə verilib.

Hazırda Peruda Beynəlxalq Olimpiya Komitəsinin iclası keçirilir.

Bu iclasda 2024-cü il Yay Olimpiya Oyunlarının Parisə, 2028-ci il Yay Olimpiya Oyunlarının Los-Ancelesə verilməsi nəzərdə tutulur.

Sonuncu dəfə Olimpiya Oyunlarının keçirildiyi şəhər səsvermə olmadan 1978-ci ildə seçilmişdi. O zaman 1984-cü il Yay Olimpiya Oyunları Los-Ancelesə həvalə olunmuşdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.