İdman

"Hərdən həyəcanlanır və başını itirir"

13 Sentyabr 2017 22:10
0 Şərh     Baxış: 462

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Barselona" ilə oyunda (0:3) azarkeşlərə qarşı qeyri-etik jest edən Qonzalo Hiquain barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan mütəxəsis onun emosiyaları saxlaya bilməməsi barədə bunları qeyd edib:

"Qonzalo oyuna yaxşı başladı. Amma biraz rahat olması lazımdır. Çünki hərdən həyəcan keçirməyə başlayır və başını itirir. Barselonaya gəlib "Camp Nou"da üstün oyun göstərəcəyini düşünməməlisən".

Hiquain 87-ci dəqiqədə Fabio Kaliqaru ilə əvəzlənib. O, meydandan çıxarkən katalon azarkeşlərə təhqiramiz jest göstərmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.