İdman

Fabreqas: "Biz komanda şəklində geri döndük"

13 Sentyabr 2017 19:06
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının ilk turunda "Çelsi" təmsilçimiz "Qarabağ"a  6:0 hesabı ilə qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra londonluların yarımmüdafiəçisi Fabreqas matçla bağlı danışıb: 

"Uzun müddət idi ki, Çempionlar Liqasında oynayacağımız vaxtı gözləyirdik. Nəhayət, həmin zaman yetişdi. Bu, yaxşı preformans, əla nəticə idi. Qolların qrupun son nəticəsinə necə təsir edəcəyini deyə bilmərik, ona görə də belə davam etməliyik. Bəzən zəif rəqibə qarşı daha çox hücum etmək istəyərsiniz, bəzən isə yox. Amma bu gün hamının yaxşı oynadığını düşünürəm. Şəxsən mən çox yaxşı idim və biz komanda şəklində geri döndük. Ancaq buna ən yaxşı oyunumuz olduğunu demək olmaz". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.