İdman

Məşhur futbolçunun evinə oğru girdi

13 Sentyabr 2017 13:38
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın müdafiəçisi Jerom Boatenqin evinə oğru girib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, soyğunçu evdən heç nə apara bilməyib.

Maraqlıdı ki, oğru ailə evdə olarkən gizlincə arxa qapıdan içəri daxil olub. Lakin Boatenqin qızlarından biri onu görüb və qışqırmağa başlayıb. Nəticədə naməlum şəxs heç nəyə əl vurmadan qaçıb. Boatenqin qızı həmin adamın şəklini çəkərək polisə təqdim edib. Buna baxmayaraq, polis işçiləri onun yaxalanacağına şübhə edirlər.
 
Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən Jerom Boatenq Çempionlar Liqasının "Anderlext"lə dünən keçirilən (3:0) qarşılaşmasının son 13 dəqiqəsində meydanda olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.