İdman

"Real"ın kapitanları müəyyənləşdi

12 Sentyabr 2017 18:42
1 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasında mübarizə aparan "Real"ın (Madrid) 4-cü kapitanı Kərim Benzema oldu.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu qərardan sonra "kral klubu"nda kapitanlıq sıralaması belədir: Serxio Ramos, Kriştiano Ronaldu, Marselo və Kərim Benzema.

Xatırladaq ki, Benzema 2009-cu ildə 35 milyon avro qarşlığında "Lion"dan "Real"a transfer olmuşdu. Madrid təmsilçisi ilə 2019-cu ilə qədər müqaviləsi olan fransız hücumçu keçən mövsüm 48 oyuna 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.