İdman

Avropada daha bir Azərbaycan futbol klubu yaradıldı

12 Sentyabr 2017 09:28
1 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Köln şəhərində "AZE Nakhchivan" SK adlı futbol klubu yaradılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, komanda Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə təşkil edilib.

Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır. Diqqəti bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda, professional futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etməkdir.

Klubun 10.09.2017-ci ildə keçirilən iclasında JugendSport Köln-96 (Gənclərbirliyi) klubunun baş direktoru, alman vətəndaşı, futbol mütəxəssisi Aydın Karaca "AZE Nakhchivan" SK futbol klubunun rəhbəri, "DSK" futbol klubunun baş məşqçisi Serdar Demir klubun icraçı direktoru, klubun rəhbərinin müavini Nana İzak (Qanalı futbol mütəxəssisi), Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs, Araz Naxçıvan futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib.

Ancaq klubun daha bir uğuru isə artıq kluba aid stadionların, futbol üçün geniş imkanlarının olmasıdır.

Belə ki, klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir. Bütün bunlar Köln Bələdiyyəsinə aid olsa da, klub bütün görüş, təlim məşqlərini burada edəcək.
İclasda, eyni zamanda, klubun nizamnaməsi, fəaliyyət proqramı, loqosu qəbul olunub və yaxınlarda klubun təqdimat mərasiminin keçirilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, klubun 9, 13, 18 yaşlılardan ibarət qurulması planlaşdırılıb. Klubun yaradılması ilə bağlı rəsmi sənədlər bir neçə gün içərisində Almaniya Federativ Respublikasının ədliyyə orqanlarına, habelə Alman Futbol Federasiyasından qeydiyyatdan keçməsi üçün də müraciət olunacaq.

Bundan başqa, nəzərinizə çatdıraq ki, klub həvəskar xarakter daşımır, yaxınlarda çempionatda iştirak etməsi üçün rəsmi müraciət olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.