İdman

"Real" onu TRANSFER edir

11 Sentyabr 2017 19:06
0 Şərh     Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın qışda heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib.

Milli.Az bildirir ki, "Kral Klubu"nun "Leypsiq"dən Timo Verneri heyətinə qatmaq istədiyi bildirilir.

Məlumatda bildirilir ki, "Real"ın təmsilçiləri "DÇ-2018"in seçmə mərhələsində keçirilən Almaniya - Norveç matçını canlı izləyərək 21 yaşlı mərkəz hücumçusu haqqında daha ətraflı məlumat toplayıb. "Real"ın qış fasiləsində futbolçu üçün "Leypsiq"ə rəsmi təklif göndərəcəyi deyilir.

"Leypsiq" Timo Verneri 2016-cı ildə "Ştutqart"dan 10 milyon avroya alıb. "Real"ın onun üçün Almaniya klubuna 25 milyon avro təklif edəcəyi deyilir.

Qeyd edək ki, ötən mövsüm "Leypsiq"in heyətində 33 rəsm oyuna çıxan 21 yaşlı futbolçu 22 qol vurub. Cari mövsümdə isə Bundesliqada 3 oyunda 3 dəfə fərqlənib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.