İdman

"Neymar və Mbappe "Real"da oynaya bilərlər"

10 Sentyabr 2017 02:30
0 Şərh     Baxış: 1 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in prezidenti Florentino Peres Neymarın "Barselona"dan PSG-yə transferi barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Peres bu barədə məlumatı qəzetdən oxuduğunu bildirib:

"Neymar transferi haqqında heç bir şey bilmirdim, mən ki Messinin nikahına dəvət edilməmişdim. "Real"ın Neymar və Mbappeni transfer etmək məsələsinə gəlincə, bu il hər 2 futbolçunu PSG transfer edib. Bu il yox, ancaq gələcəkdə bəlkə elə mənim rəhbərliyim altında, komanda yenə ən yaxşıları heyətə qatmaq istəyəndə onları da transfer edə bilərik".
 
Xatırladaq ki, PSG Neymarı 222, Mbappeni 180 milyon avro qarşılığına transfer edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.