İdman

"Ronaldu nəsə oğurlamayıb və cinayət törətməyib"

8 Sentyabr 2017 11:42
2 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in prezidenti Florentino Perez komandanın lideri Ronaldunun yayda İspaniyadan getmək istəməsi ilə bağlı məlumata münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Perez bunları deyib:

"Bu haqda mənə heç nə məlum deyil. Düzdür, "A Bola" nəşri Ronaldonun İspaniyadan getmək istəməsini yazmışdı. Görünür, yayda yazmağa bir şey tapmamışdılar. Kriştianu vergi problemlərindən məyus idi. Buna baxmayaraq deyirdi ki, "Real"da onu hər şey qane edir. Monakoda Çempionlar Liqasının ən yaxşı futbolçusu mükafatını alanda aydın şəkildə bildirdi ki, "Real"da xoşbəxtdir və mövsümün başlanmasına sevinir. Onun vergilərdən yayınması ittihamı absurddur. Mənə verilən məlumata görə, Ronaldo qanuna zidd heç nə etməyib. Vergi ödəmək hər kəsin borcudur. Kriştianu nəsə oğurlamayıb və cinayət törətməyib. Bu barədə hələ uzun müddət danışılacaq. Bir şey dəqiqdir: Ronaldo dünyada ən yaxşı futbolçudur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.