İdman

Zidan Materazzini başla vurduğu epizodu xatırladı

4 Sentyabr 2017 18:30
0 Şərh     Baxış: 1 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa millisinin sabiq kapitanı Zinəddin Zidan 2006-cı il dünya çempionatının finalında Materazziyə başla zərbə endirməsini xatırlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Real"ın baş məşqçisi bu hərəkəti ilə fəxr etmədiyini bildirib. 

"Bununla fəxr etməmişəm. Gənclər, məşqçilər, futbolu yaxşılığa doğru dəyişmək istəyən insanların önündə özümü narahat hiss edirəm. Amma bu hadisə karyeramın, həyatımın bir hissəsidir. Xoşagəlməz olsa da, bunu qəbul etmək lazımdır". 

2006 mundialının finalında Fransa - İtaliya qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabıyla başa çatmış, penatilər seriyasında isə "Scuadra Azzurra" qalib gəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.