İdman

"Real" ardıcıl 2-ci il transferdən pul qazanıb

4 Sentyabr 2017 07:21
0 Şərh     Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid" ardıcıl 2-ci mövsüm yay transfer dönəmini gəlirlə yekunlaşdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid klubu transfer əməliyyatlarından 79.5 milyon avro əldə edib. Yayda "Real" Teo Ernandes və Daniel Sebalyosu heyətə qatıb. Bu iki futbolçunun transferinə 46.5 milyon avro xərclənib. Futbolçu satışından isə 126 milyon avro vəsait toplanıb. Morata 62 milyona "Chelsea", Danilo 30 milyona "Manchester City", Diyeqo Lyorente 10 miyona "Real Soceidad", Dias 8 miyona "Lyon", Xames 13 milyona "Bayern Munich"ə keçdi. Bununla da, "Real" transfer gəlirindən klub rekordunu yeniləyib. Ötən mövsüm "Real"da bu göstərici 7.4 milyon avro təşkil etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.