İdman

Neymar və Koutinyo "Real"da oynamağı arzulayırmış

30 Avqust 2017 22:26
3 Şərh     Baxış: 1 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Marca" nəşri 2008-ci ilin martında Filippe Koutinyo və Neymardan eyni vaxtda alınan müsahibəni yenidən oxuculara təqdim edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, müsahibə zamanı hər iki futbolçu "Real"da oynamaq istədiklərini bildirib. Onlar vaxtilə "kral klubu"nun şərəfini qorumuş Robinyoya simpatiyalarını da ifadə ediblər.

Koutinyo: Mən Robinyonu televizorda izləyərək "bisiklet" zərbəni vurmağı öyrəndim. Sevimli komandalarım "Real" və "Barcelona"nın oyunlarına baxmağı çox sevirəm.

Neymar: Robinyo kimi, mən də 7 yaşımda "Santos"a gəlmişəm. Hər şeydə, xüsusilə driblinqdə onu təqlid etməyə çalışıram. İspaniya futbolunu bəyənirəm. La Liqa yüksək sürətə və keyfiyyətə malikdir.

- Arzularınızın komandası hansıdır?

Koutinyo: "Real Madrid". O, dünyada ən yaxşı klubdur.

Neymar: "Real Madrid".

- Avropanın hansı liqasında oynamaq istərdiniz?

Koutinyo: İspaniya Primerasında. Orda Robinyo və Ronaldinyo kimi ulduzlar çıxış edir.

Neymar: İspaniya Liqası. Xüsusi bir çempionatdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.