İdman

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

29 Avqust 2017 11:08
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəki dərəcəsində mübarizə gedəcək. 

Milli.Az report-a istinadən xəbər verir ki, ikinci yarış günündə qadınlar 52 kq, kişilər isə 66 kq çəkidə qüvvələrini sınayacaqlar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsurenlə Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edəcək.

Kişilər
66 kq
1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)

Qadınlar
52 kq
1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)
1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.