İdman

"Real Madrid" transfer kampaniyasını başa vurdu

29 Avqust 2017 09:46
1 Şərh     Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya "Real Madrid"i yay transfer kampaniyasını yekunlaşdırıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə futbol komandasının baş məşqçisi Zinəddin Zidan klub prezidenti Florentino Pereslə görüşündə bildirib.

Fransalı mütəxəssis heyətdə güclənməyə artıq ehtiyac duyulmadığını söyləyib. Bu isə Fransa "Monako"sundan Kilian Mbappenin transfer olunacağına dair söz-söhbətə son qoyulduğu anlamına gəlir. 

Qeyd edək ki, bu yay "Real Madrid"ə müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Dani Sebalyos cəlb olunub. Əvəzində komandanı hücumçu Alvaro Morata, yarımmüdafiəçi Xames Rodriges və müdafiəçilər Danilo, Fabio Koentrau və Pepe tərk edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.