İdman

Cüdo Federasiyasının rəsmiləri püşkatmada

28 Avqust 2017 10:15
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərasimdə Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, milli federasiyaların rəsmiləri, yığma komandaların məşqçiləri, tanınmış cüdo xadimləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

60 kq
Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Qerçev (Bolqarıstan) cütlüyünün qalibi
 
66 kq
Nicat Şıxəlizadə - Eldos Jumaxanov (Qazaxıstan)
 
73 kq
Rüstəm Orucov - Aqil Qjakov (Kosovo) / Xavyer Ramires (İspaniya) qarşılaşmasının qalibi
Hidayət Heydərov - Əhməd Əl Mezaati (Mərakeş)
 
90 kq
Məmmədəli Mehdiyev - Kristian Bodirlau (Rumıniya)
Tural Səfquliyev - Xose Aroyo (Peru)
 
100 kq
Elxan Məmmədov - Luis Medina (Dominikan Respublikası) / Kayl Reyes (Kanada) görüşünün qalibi
Elmar Qasımov - Otqonbatar Lxaqvasuren (Monqolustan) / Səidcəlal Səidov (Tacikistan)
 
+ 100 kq
Uşanqi Kokauri - Rafael Silva (Braziliya)
 
Qadınlar
48 kq
Leyla Əliyeva - Funa Tonaki (Yaponiya) 
Erdenabat Bazarraqça - Aleksandra Pop (Rumıniya)
 
52 kq
Nəzakət Əzizova - İkram Soukate (Mərakeş)
Purevsuren Buyankışinq - Natalya Kuzyutina (Rusiya)
 
57 kq
Munktsedev İçinkolo - Joan Ekusoan (İspaniya)
Səkinə Zairova - Viktoriya Mayorosova (Slovakiya)
 
63 kq
Gülsədəf Kərimova - Anrikelis Barrios (Venesuela)
 
+ 78 kq
İrina Kindzerska - Essoxanam Koros (Toqo)
 
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 28-dən sentyabrın 3-dək keçiriləcək. Yarışda ölkəmizi 17 cüdoçu (9 kişi, 8 qadın) təmsil edəcək.  Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti də hazırda Budapeşt şəhərindədi. Dünya çempionatının görüşləri ölkəmizdə CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.