İdman

Astan Şahverdiyev: ""Qarabağ"ın qələbəsi məni maraqlandırmır"

24 Avqust 2017 11:47
33 Şərh     Baxış: 6 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkili Astan Şahverdiyev "Qarabağ" FK-nın qələbəsi ilə bağlı münasibət bildirib.

Milli.Az bildirir ki, A24.az-ın əməkdaşıyla söhbətində millət vəkili "Qarabağ FK" ilə maraqlanmadığını deyib:

"Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, "Qarabağ" Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu, bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi "Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarıblar. Bu, artıq bayram olar. "

Qeyd edək ki, "Qarabağ" FK ötən gün Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.