İdman

"Nəticə istədiyimiz kimi olmadı" - "Kopenhagen"in futbolçusu

24 Avqust 2017 12:03
1 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci hissəni yaxşı oynadıq. Müdafiədə yaxşı təsir bağışladıq. Rəqibə qol imkanları yaratmağa imkan vermədik və istədiyimiz qolu vurduq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Kopenhagen"in futbolçusu Benjamin Verbiç Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçından (2:1) sonra klubun saytına deyib.

O, fasilədən sonra bəzi məqamlarda oyuna nəzarəti itirdiklərini bildirib: "Yaxşı matç oldu. Ancaq nəticə istədiyimiz kimi olmadı".

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə əsasən (1:0, 1:2) səfərdə vurduğu qol hesabına tarixində ilk dəfə olaraq ÇL-in qrup mərhələsinə yüksəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.