İdman

Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi - YENİLƏNİB

24 Avqust 2017 20:47
28 Şərh     Baxış: 14 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:47

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Milli.Az qrupları təqdim edir.

Qruplar

A

"Benfika" (Portuqaliya)
"Mançester Yunayted" (İngiltərə)

"Bazel" (İsveçrə)

MOİK (Rusiya)

B

"Bavariya" (Almaniya)
PSJ (Fransa)

"Anderlext" (Belçika)

"Seltik" (Şotlandiya)

C

"Çelsi" (İngiltərə)
"Atletiko" (İspaniya)

"Roma" (İtaliya)

"Qarabağ" (Azərbaycan)

D

"Yuventus" (İtaliya)

"Barselona" (İspaniya)

"Olimpiakos" (Yunanıstan)

"Sportinq" (Portuqaliya)

E

"Spartak" Moskva
"Sevilya" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Maribor" (Sloveniya)

F

"Şaxtyor" (Ukrayna)

"Mançester Siti" (İngiltərə)

"Napoli" (İtaliya)

"Feyenord" (Hollandiya)

H

"Real" (İspaniya)
"Borussiya" (Dortmund, Almaniya)

"Tottenhem" (İngiltərə)

APOEL (Kipr)

G

"Monako" (Fransa)

"Porto" (Portuqaliya)

"Beşiktaş" (Türkiyə)

"Leypsiq" (Almaniya)

---------

09:29

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, əsas raundda iştirak edəcək 32 komanda 8 qrupa bölünəcək. 

Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk dəfə bu mərhələdə Azərbaycan da təmsil olunacaq.

Beşqat Azərbaycan çempionu "Qarabağ" qitənin ən güclü 32 komandası arasında yer aldığından bugünkü tədbirdə rəqiblərini tanıyacaq. Artıq komandalar reytinqlərinə görə səbətlərə bölünüb.

İlk səbətdə 8 ən reytinqli çempionatın qalibi yer alıbsa, digər 24 klub öz əmsalına görə sıralanıb. Əsas mərhələnin debütantı "Qarabağ" sonuncu səbətdə yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komandamız yüksək reytinqli rəqiblərlə eyni qrupa düşəcək.

Qeyd edək ki, Monakodakı püşkatma həm də Gənclər Liqasına şamil olunacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.

Çempionlar Liqası Qrup mərhələsi
 
I səbət
"Real" (İspaniya)
"Bavariya" (Almaniya)
"Çelsi" (İngiltərə)
"Yuventus" (İtaliya)
"Benfika" (Portuqaliya)
"Monako" (Fransa)
"Spartak" Moskva
"Şaxtyor" (Ukrayna)
 
II səbət
"Barselona" (İspaniya)
"Atletiko" (İspaniya)
PSJ (Fransa)
"Borussiya" (Dortmund, Almaniya)
"Sevilya" (İspaniya)
"Mançester Siti" (İngiltərə)
"Porto" (Portuqaliya)
"Mançester Yunayted" (İngiltərə)
 
III səbət
"Napoli" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Bazel" (İsveçrə)
"Olimpiakos" (Yunanıstan)
"Anderlext" (Belçika)
"Roma" (İtaliya)
"Beşiktaş" (Türkiyə)
"Liverpul" (İngiltərə)
 
IV səbət
"Seltik" (Şotlandiya)
"Qarabağ" (Azərbaycan)
APOEL (Kipr)
"Sportinq" (Portuqaliya)
MOİK (Rusiya)
"Feyenord" (Hollandiya)
"Maribor" (Sloveniya)
"Leypsiq" (Almaniya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.