İdman

“Bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq” - Qurban Qurbanov

24 Avqust 2017 08:08
2 Şərh     Baxış: 1 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün tək biz yox, bütün Azərbaycan xalqı qələbə arzulayırdı. Hər kəsi, bütün azərbaycanlıları təbrik edirəm".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə "Kopenhagen"ə 1:2 hesablı məğlub olmasına baxmayaraq, səfər qolunun hesabına mərhələ keçən Azərbaycan çempionunun çalışdırıcısı "İdman Azərbaycan" kanalının canlı efirində fikirlərini bölüşüb.
 
O, tarixi nəticəni belə şərh edib: "Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı".
 
Təcrübəli mütəxəssis yekunda transfer haqqında da danışıb: "Transfer mütləq etmək istəyirik. Çalışırıq ki, heç olmasa, 1-2  oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.