İdman

"Qarabağ"ın tarix yazdığı oyun - VİDEO

24 Avqust 2017 01:11
5 Şərh     Baxış: 3 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" cavab oyununa çıxıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu səfərdə "Kopenhagen"lə qarşılaşıb.

Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Ağdamlılar səfər oyununda 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində Azərbaycan futbolunun tarixində ilk dəfə qruplarda iştirak etməyə haqq qazanıb.
 
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
23 avqust
 
"Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan) - 2:1
Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63
Baş hakim: Alberto Undiano Mallenko
Baş hakimin köməkçiləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya)
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya)
Kopenhagen. "Tella Parken" stadionu
İlk oyun - 0:1
 
"Kopenhagen": 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 24. Yussef Tutu,  28. Pieros Sotiriu, 32. Danni Amankva
Baş məşqçi: Stole Solbakken
 
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

"Qarabağ"ın tarix yazdığı oyunun videosunu təqdim edirik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.