İdman

"Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib" - Belçikada yaşayan aktyor

23 Avqust 2017 18:30
1 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Özüm futbol azarkeşi olduğum üçün "Qarabağ" klubunun Avropa liqalarında oyunlarını izləyirəm. Bu gün "Qarabağ"la qürurlanmamaq mümkün deyil. Azərbaycan futbolunun bu səviyyədə Avropanın nüfuzlu liqalarında çıxış etməsi böyük hadisədir".

Milli.Az bildirir ki, diaspora hərəkatının fəallarından biri Elnur Eltürkün verdiyi məlumata görə, bu sözləri Belçikanın tanınmış komediya aktyoru Erhan Demirçi 23 avqustda baş tutacaq "Qarabağ"-"Kopenhagen" oyunu ilə bağlı fikirlərini şərh edərkən bildirib.

"İşlərimin çoxluğu ilə bağlı oyuna gedə bilməsəm də, belçikalı dostlarımla "Qarabağ"ın oyununu izləyəcəm. "Qarabağ" bizim ürəyimizdir. Arzumdur ki, bu il "Qarabağ"ı Çempionlar Liqasında görə bilək. Çempionlar Liqası Azərbaycana yaraşır. "Qarabağ" dünya azərbaycanlılarının qürur yerinə çevrilib. "Qarabağ"a uğurlar arzulayıram".

Qeyd edək ki, Erhan Demirçi əslən Azərbaycan türküdür. Babaları İrəvana yaxın olan Dəmirçi kəndindəndirlər. Aktyorun atası Ayhan Demirçi Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Avropada erməni diasporuna qarşı ciddi mübarizə aparan şəxslərdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.