İdman

Milliyə dəvət alan Təmkin Xəlilzadə: "Bu, yolun başlanğıcıdı"

23 Avqust 2017 16:29
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milliyə çağırılacağımı gözləyirdim. Şükürlər olsun ki, istəyimə çatdım.

Milli.Az bildirir ki, bu sözləri apasport.az saytına açıqlamasında "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə deyib. 

Millinin baş məşqçisi Robert Prosineçkinin DÇ-2018-in seçmə mərhələsində Norveç və San-Marino ilə oyunlar üçün açıqladığı heyətdə Xəlilzadə də yer alıb. Müdafiə, həmçinin yarımmüdafiədə oynamağı bacaran futbolçu yığmada debüt etmək şansı qazanıb.

Bununla bağlı fikirlərini bildirən Təmkin millidə möhkənlənmək istədiyini gizlətməyib: "Yığmaya çağırılmağı qarşıma məqsəd qoymuşdum. Buna görə də, dəvəti gözləyirdim. Yəqin ki, milliyə dəvət almağımda son turda çıxışım da rol oynayıb. Amma dəvəti təkcə bununla da bağlamazdım. Millinin məşqçiləri əvvəlki oyunlarımı da izləyib. Avrokubok görüşlərində də əsas heyətdə yer alırdım. Demək olar ki, bütün matçlarda iştirak etmişdim. Millidə möhkəmlənmək məsələsi özümdən asılıdı. Yığmaya çağırıldım, amma bununla iş bitmir. Bu, yolun başlanğıcıdı. Əsas odu ki, dəvət ediblər. Qalanı birinci Allahdan, ikinci özümdən asılıdı".

Qeyd edək ki, yığmamız Norveçlə sentyabrın 1-də səfərdə, San-Marino ilə ayın 4-də Bakıda üz-üzə gələcək.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.