İdman

Nüfuzlu "Football Times" jurnalı "Qarabağ"dan yazdı

23 Avqust 2017 13:23
0 Şərh     Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nüfuzlu "Football Times" jurnalı "Qarabağ" futbol komandası barədə geniş məqalə dərc edib.

Milli.Az xəbər verir ki, yazıda "Qarabağ"ın doğma şəhəri olan Ağdamın Dağlıq Qarabağ münaqişəsi zamanı erməni ordusu tərəfindən dağıdılıb, əhalisinin isə şəhəri tərk etdiyi deyilir. Məqalənin müəllifi Azərbaycan və İrlandiyanın xarici işlər üzrə məsləhətçisi Fuad Ələkbərovdur.

Məqalədə, həmçinin Qarabağın keçmiş baş məşqçisi və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov barədə məlumat verilib. Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra "Qarabağ"ın ev oyunlarını Bakıda keçirdiyini yazan yazar klubun doğma məkanda son matçını 1993-cü ildə "İmarət" stadionunda keçirdiyini, klubun azarkeşləri, Qurban Qurbanovun uğurları, futbolçu Rəşad Sadıqovun və Qara Qarayevin həyatı, Tomas Qoltsun "Qarabağ" qaçqın futbol komandası haqqında çəkdiyi "On Aggregate" ("Məcmu") filmi barədə qeydlər edib.

Məqalənin orijinalını, ingilis dilində buradan oxuya bilərsiz.
http://www.planetfootball.com/in-depth/story-fk-qarabag-refugee-club-providing-hope-million/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.