İdman

"Beşiktaş" Bakıya nə zaman gəlir?

23 Avqust 2017 10:12
1 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Beşiktaş" klubu Bakıya gələcək. 

Milli.Az report-a istinadən xəbər verir ki, səfər milli komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətində gerçəkləşəcək.

"Qara qartallar"ın Azərbaycan komandalarından biri ilə yoldaşlıq görüşü keçirəcəyi bildirilir. Qarşılaşma milli komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətində nəzərdə tutulub. Yığmaların matçları 1 - 6 sentyabrda olacaq.

Qeyd edək ki, xəbərdə "Beşiktaş"ın Azərbaycanın hansı komandası ilə qarşılaşacağı göstərilmir. İki ay əvvəl klub prezidenti Fikrət Orman Asiya turu çərçivəsində Bakıya da səfər edəcəklərini açıqlayıb. Ötən həftə isə "Sabah" qəzeti sentyabrın 2-də və ya 3-də "Qəbələ"nin "Qalatasaray"la yoldaşlıq görüşü keçirəcəyini yazıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.