İdman

""Kopenhagen" "Qarabağ"ı keçə bilməsə, buna görə cavab verməli olacaq"

22 Avqust 2017 19:24
5 Şərh     Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka millisinin sabiq futbolçusu Stiq Teftinq "Kopenhagen" - "Qarabağ" oyunu haqqında fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda yerli televiziyaların birində şərhçi kimi çalışan veteran oyunçu Danimarka klubunun hazırda yaxşı formada olmadığını deyib: "Kopenhagen" çempionatın son matçında üstün oyun nümayiş etdirmədən qələbə qazandı. Artıq mən buna təəccüblənmirəm. Onlar əvvəlki kimi üstün oynamırlar. Bunu komandanın superliqada keçirdiyi 6 oyunda görmək mümkündür".

Teftinq "Kobenhavn"in Ağdam klubu ilə matç barədə də fikirlərini bildirib: "Kopenhagen"in "Qarabağ"la oyunda necə oynayacaqlarını bilmirəm. Komandanın oyununu heç də bəyənmirəm. "Qarabağ"la görüş "Kopenhagen" üçün dönüş nöqtəsi də sayıla bilər. Əgər "Kopenhagen" bu səddi keçə bilməsə, buna cavab verməli olacaqlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.