İdman

Güləşçimiz erməni idmançıya qalib gəldi - VİDEO

22 Avqust 2017 15:34
5 Şərh     Baxış: 1 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ikinci yarış günündə 59 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə 2:1 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz (12:9) növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində yarışan idmançımız Elvin Mürsəliyev isə 1/16 finalda rusiyalı Roman Vlasovu, 1/8 finalda isə erməni əsilli Polşa təmsilçisi Edqar Babayanı məğlubiyyətə uğradıb - 8:0.

Növbəti mərhələdə E.Mürsəliyev mərakeşli Zied Aid Ouaqramla üz-üzə gələcək.

Videonu izləmək üçün şəklə klikləyin:
Güləşçimiz erməni idmançıya qalib gəldi

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.