"Milan" növbəti transferini rəsmiləşdirməyə hazırlaşır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi xorvatiyalı hücumçusu Nikola Kaliniçi heyətinə qatır. Onun tezliklə Milana gəlib tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı elan edilib.
Qeyd edək ki, Kaliniç 2015-ci ildən İtaliyada çıxış edir. O, "Fiorentina"nın şərəfini qoruyurdu.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində