Messi "Barselona" ilə olan müqaviləsini uzatmaq qərarında tələsməli olmadığını düşünür.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın argentinalı hücumçusu komandası ilə kontrakt vaxtının uzadılmasında tələsməyə əsas görmür. Futbolçunun qərarı komandasının durumuna görə dəyişəcək. Mənbə Messinin "Barselona"dakı planlarını Neymarın gedişinin alt-üst etdiyini yazıb.
Bir müddət əvvəl Messinin 2021-ci ilədək müqavilə vaxtını uzatdığı deyilirdi. Həmçinin Messi üçün "Mançester Siti"nin 275 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində