İdman

Riçard Almeyda "Biznes-liqa" ABL Cup mini-futbol turnirinin siması oldu - VİDEO

22 Avqust 2017 12:29
0 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə "Biznes-liqa" korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək.

Milli.Az bildirir ki, çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az-dan və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

Təşkilatçı şirkətin saytında sifariş formaları təqdim olunub. Yaxın günlərdə qeydiyyatdan keçən komandalar haqqında ayrıca məlumat veriləcək. İştirakçı komandalar arasında Milli.Az, Trend.Az və Day.Az-ı təmsil edən "MTD Press" komandası da yer alıb.

Şübhəsiz ki, "ABL Cup 2017-2018" təkcə korporativ və idman dairələrində deyil, həm də bütövlükdə ölkəmizin ictimai həyatında böyük rezonans doğuracaq və ilin idman olayına çevriləcək. Bu turnir həvəskar futbol sahəsində yeni idman ənənəsinə start verəcək.

ABL Təşkilat Komitəsi turnir iştirakçılarını xüsusi diqqətlə seçir - çempionatda yaxşıların yaxşısı - Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri iştirak edəcək.

Turnirin bütün mərhələləri mətbuatda, internet səhifələrində, radio və televiziya kanallarında geniş işıqlandırılacaq. Turnirin təşkili və keçirilməsi ilə paralel şəkildə tədbirin təbliğatı, ən geniş kütlələrin məlumatlandırılması və KİV-in marağının cəlb edilməsinə yönəldilmiş genişmiqyaslı PR kampaniyası aparılır.

"ABL Cup 2017-2018" Təşkilat Komitəsi tədbir haqqında KİV-i öncədən xəbərdar etməklə çempionatdan əvvəl, onun gedişi zamanı və sonra müvafiq materialların dərc olunmasına zəmin yaradacaq.

Mini-futbol üzrə "Аzfar Business League" (ABL) turniri mini-futbolun populyarlaşdırılması və inkişafı, əhalinin bədən tərbiyəsi və idman məşqələlərinə kütləvi şəkildə cəlb olunması məqsədilə keçirilir.

Bu çempionat Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri üçün nəzərdə tutulub. Biznes-liqada iştirak aşağıdakı məqsədləri qarşısına qoyur:

- Korporativ mədəniyyətin inkişafı;
- Şirkətdaxili əlaqələrin möhkəmləndirilməsi;
- KİV-də şirkətin adını çəkməklə brendin müştəri və partnyorlar tərəfindən tanınmasının artırılması;
- Korporativ həvəskar futbolun populyarlaşdırılması və inkişaf etdirilməsi;
- İşçilərin idman bacarıqları səviyyəsinin artırılması;
- Əməkdaşlarda bədən tərbiyəsi və idmana qarşı pozitiv münasibətin formalaşdırılması.

Futbol üzrə "Biznes-liqa" şirkətin bütün əməkdaşları üçün əsl bayrama çevriləcək.

Yarışların təşkili və aparılmasına ümumi rəhbərlik "Azfargroup"un dəstəyi ilə ASEP şirkətləri tərəfindən həyata keçirilir. Yarışların bilavasitə keçirilməsi ABL Təşkilat Komitəsinə həvalə olunur.

"ASEP" şirkəti peşəkar səviyyədə idman tədbirlərinin təşkili ilə məşğul olur. Yüksək səviyyəli korporativ futbol turnirləri keçirir. Bölmə və filialları olan böyük şirkətlərə isə daxili yarışların keçirilməsini təklif edir. Şirkətə korporativ turnirin sıfırdan təşkilini sifariş edə və ya digər xidmətlərindən yararlana bilərsiniz.

https://www.facebook.com/ASEPLLC/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ежегодный чемпионат АБЛ анонс

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.